
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, ANCA rəhbəri Ken Xaçikyan Kerriyə göndərdiyi məktubda onu yeni təyinatı münasibətilə təbrik edib.
"Erməni cəmiyyəti üçün vacib olan böyük siyasi təcrübəyə, prinsip və prioritetlərə sahib bir insanın Dövlət Departamentinə rəhbər seçilməsi bizim üçün çox xoşdur" deyə Xaçikyan mətbubda qeyd edib.
Məktubda həmçinin qeyd olunub ki, Dövlət Departamenti həmişə erməni cəmiyyəti ilə mühüm məsələləri müzakirə edib. ANCA da ümid edir ki, tərəflər arasında əməkdaşlığın C.Kerrinin ABŞ Konqresində irəli sürdüyü məsələlər üzrə davam edəcək.
Bunlara ABŞ-Ermənistan əlaqələrinin möhkəmləndirilməsi, «Dağlıq Qarabağ Respublikasının» təhlükəsizliyinin təmin olunması, Suriyadakı ermənilərin müdafiəsi və «erməni soyqırımı»nın tanınması kimi məsələlər aiddir: "Bütün Amerikadakı ermənilərlə açıq dialoqunuzdan ruhlanaraq, sizi aprelin 24-nə qədər erməni cəmiyyətləri ilə görüşə dəvət edirik".
Qaynar.info