Xəbər lenti

Ermənilər Azərbaycandan üzr tələb edirlər
İdman19:19 02.04.2015

Ermənilər Azərbaycandan üzr tələb edirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Sambo Federasiyası Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda erməni himni səslənərkən oturan Bəxtiyar Abbasovun davranışıyla əlaqədar Azərbaycan Sambo Federasiyasından üzr istəməyi tələb edib. Qaynar.info xəbər verir ki, erməni tərəfi bununla bağlı həmçinin məsələyə açıqlama istəyib.
"Azərbaycan samboçusu Bəxtiyar Abbasovun hərəkətinə görə heç kim onu ittiham etmədi və hətta KİV onun hərəkətini qəhrəman kimi xarakterizə etdi. Ermənistan Sambo Federasiyası idmançının bu davranışını yalnız idman əxlaqının pozulması deyil, həm də siyasi və milli qərəzin təzahürü hesab edir. Bu yalnız bizim üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün yolverilməzdi. Beləliklə, biz yalnız Beynəlxalq sambo federasiyası tərəfindən idmançının cəzasını tələb etmirik, amma Azərbaycan Sambo Federasiyasından üz istəmələrini tələb edirik”, deyə ESF bəyanatında deyilir.
Xatirladaq ki, Ermənistan Sambo Federasiyasının prezidenti Levon Ayrapetyan bir müddət əvvəl verdiyi açıqlamasında Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda erməni himni səslənərkən oturan Bəxtiyar Abbasovun bu hərəkətindən etiraz etməyəcəklərini bildirmişdi.
Qeyd edək ki, Dünya Kubokunda millimiz ümumi komanda sayında 35 ölkə arasında meydan sahibi Rusiyadan sonra II yeri tutub. Ermənistanın yeganə medalı isə məhz Aşot Danielyanın qazandığı "qızıl" olub.//anspress
Qaynar.info