Ermənistan vətəndaşları hakimiyyət orqanlarından ən çox parlamentin işini bəyənmirlər.
Trend məlumat verir ki, bu, 13-24 may tarixlərində Gallup International Association tərəfindən keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 79,6 faizi parlamentin, 77,4 faizi hökumətin, 68,3 faizi prezidentin fəaliyyətindən narazıdırlar.
Bununla belə, 26 faiz sorğu iştirakçısı dövlət başçısının, 17,6 faizi hökumətin, 15,2 faizi isə parlamentin işini bəyənir. Respondentlərin 5 faizi isə bu sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğu Yerevanda və Ermənistanın regionlarında olmaqla 1106 nəfər arasında keçirilib.
Qaynarinfo.az