
Təxminən 10 min nəfər Facebookda aksiyaya qoşulacağını bildirib.
Son məlumata görə, keçmiş və indiki deputatlar, artistlər, şou-biznes nümayəndələri və ziyalılar polislə aksiyaçılar arasında canlı sədd çəkiblər.
Müxalifətdə olan deputat Nikol Pashinyan bundan əvvəl özünün Facebook səhifəzində belə bir təşəbbüs irəli sürmüşdü.
“Azad demokratlar” partiyasının sədri Khachatur Kokobelyan jurnalitlərə bildirib ki, məqsəd nümayişçilərin taktikasına mane olmaq yox , zorakılığa yol verməməkdir.
Hadisə yerinə hakim Respublika partiyasının nümayəndələri də gəlib.
Aksiyaçılar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edirlər.
Qaynar.info