Xəbər lenti

Ermənilər türk çobanı öldürdülər
Dünya10:01 01.08.2013

Ermənilər türk çobanı öldürdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən yaralanan Türkiyənin Qars vilayətində yaşayan çoban Mustafa Ülkər aldığı güllə yarasından dünyasını dəyişib.

Bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.

Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçiləri ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonunun komandiri çobanın meyitinin təhvil verilməsilə bağlı Ermənistan tərəfi ilə danışıqlar aparır.

Qaynar.info