Xəbər lenti

Ermənilər Xaçaturovu vəzifədən azad etdirdi
Dünya12:54 02.11.2018

Ermənilər Xaçaturovu vəzifədən azad etdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurum Katibliyinin bəyanatında deyilir: "Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının nümayəndəsi Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması proseduru müəyyən edilmiş qaydada başa çatıb".
KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.
Qeyd edək ki, Ermənistanın yeni hökuməti eks-prezident Robert Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Yuri Xaçaturova qarşı konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülüb.