Xəbər lenti

Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşdü
Dünya16:15 09.10.2021

Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb.
Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir.