Xəbər lenti

Ermənilərin İran prezidentindən "soyqırımı tanı" tələbi
Dünya10:01 03.07.2013

Ermənilərin İran prezidentindən "soyqırımı tanı" tələbi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrandakı erməni ictimaiyyəti prezident seçkilərində fəal iştirak etdilər.

Qaynar.info-nun məlumatına görə, bu barədə İran parlamentinin erməni deputatı Karen Xanlaryan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, erməni ictimaiyyəti seçkidən əvvəl bütün namizələrin qarşısında "erməni soyqırımı"nı tanımaları üçün tələb irəli sürmüşdü: "Bütün namizədlər də bu tələblə razılaşmışdılar. İndi biz yeni prezident Həsən Ruhani ilə əlaqələr qurmağa çalışırıq".  

O qeyd edib ki, 24 aprel ərəfəsində İran parlamentinin vitse-spikeri, ondan da əvvəl prezident Mahmud Əhmədinejad "soyqırım"la bağlı çıxışlar etmiş və eks-prezident Məhəmməd Hatəmi də qondarma soyqırım abidəsini ziyarət etmişdi. 

Qeyd edək ki, hazırda İran parlamentində iki erməni deputat var. 

Qaynar.info