Azərbaycanın nəzarətinə keçən Lazın, Zabux və Sus icmalarının "ərazilərindən” erməni "mədəniyyət və tarixi abidələri”nin köçürülməsi prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Ermənistan
yazır.
Saytın yazdığına görə, söhbət 46 monumental "sənət abidəsi”ndən gedir. Onların əksəriyyəti Dağlıq Qarabağda saxlanılacaq. Laçın və Zabux şəhər və məktəb kitabxanalarında saxlanılan 10.000 kitab da Xankəndiyə daşınıb.
"Abidə”lərə gəlincə, bir xaçkar və dörd xatirə lövhəsi istisna olmaqla, onlar da xankəndiyə köçürülüb. Qohumlarının xahişi və təklifi ilə onlar İrəvandakı "Yerablur” hərbi panteonuna çatdırılıblar.
Ermənistanın keçmiş müdafiə naziri Vazgen Sarkisyanın əvvəllər Lazında olan xatirə xaçkarı onun doğulduğu Araratda, Surb Hakob kilsəsinin həyətində quraşdırılıb.
Erməni Apostol Kilsəsinin də ideyası var ki, Xankəndi və ya Ağdərədə hansısa ictimai parkda abidə qoyula bilər. İdeya ekspertlər arasında müzakirə olunacaq.
Alpər