Xəbər lenti

Ermənilərin Şuşadan Yerevana apardığı Qarabağ xalçaları (FOTOLAR)
Ölkə07:37 19.05.2021

Ermənilərin Şuşadan Yerevana apardığı Qarabağ xalçaları (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən Müharibəsinin gedişində Azərbaycana məğlub olan düşmən savaşın sonuna yaxın bir sıra maddi-mədəniyyət nümunələrini, o cümlədən Azərbaycan xalçalarını Qarabağdan oğurlamışdı.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ermənilərin vaxtı ilə Şuşada yaratdıqları "xalça muzeyi”ndən Ermənistana 120 xalça aparılıb. Səfəvilər dövləti, Qarabağ xanlığı və Rusiya İmperiyası dövründə toxunan xalçalar hazırda Yerevanda Memarlıq Muzey-İnstitutunda sərgilənir. Qarabağ xalçalarının sərgisi 6 ay davam edəcək.
Muzeyin direktoru Mark Qriqoryan xalçaların 2020-ci il noyabrın 1-i gecəsi "Ford” markalı yük maşınında Şuşadan çıxarıldığını deyib. O, ümumilikə, 120 xalça, 45 rəsm əsəri, 30 keramik qab və s.-nin Şuşadan Ermənistana daşındığını əlavə edib.