Xəbər lenti

Ermənilərin yeni dilənçiliyi
Dünya15:34 15.08.2014

Ermənilərin yeni dilənçiliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl Vaşinqtona gedərək ABŞ-dan yardım istəyən Ermənistan müdafiə nazirinin müavini David Tonoyan indi də Moskvaya üz tutub.
Ans press-in məlumatına görə, Moskvada o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja və MDB ölkələri müdafiə nazirləri şurasının katibi Aleksandr Sinayski ilə görüşüb. 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sözlərinə görə, görüşün gedişində beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Həmçinin, iyul-avqust aylarında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginləşmədən danışılıb. 
Qaynar.info