Xəbər lenti

Ermənipərəst Solovyovun kanalı bloklandı
Dünya05:06 08.03.2022

Ermənipərəst Solovyovun kanalı bloklandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"YouTube" videohostinqi rusiyalı teleaparıcı Vladimir Solovyovun "Solovyev Live" kanalını bloklayıb.
Qaynarinfo xəbər verir ki, jurnalistin kanalı "YouTube" platformasında icma qaydalarını pozduğuna görə dayandırılıb.
Bundan əlavə, "Vladimir Solovyovla axşama" kanalı da silinib.
Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.
Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını "qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparırdı.