İrəvanda səhər 08:30-dan vətəndaş itaətsizliyi aksiyaları saat başlayıb. "Nikol Aqbalyan” hərəkatının fəalları Ərəbkir inzibati rayonunda Vaqarşyan küçəsini bağlayıblar.
Qaynarinfo bu haqda Sputnik-ə istinadla xəbər
verir.
Fəallar "Nikolsuz Ermənistan” şüarları səsləndirib, bir neçə maşın, o cümlədən betonqarışdıran maşın yolu kəsib. Tıxacda qalan avtomobil sürücüləri dəstək əlaməti olaraq onlara siqnal veriblər.
Polis fəalları yolu açmağa çağırıb. Bir neçə dəqiqədən sonra yol yenə də avtomobillərin keçməsi üçün təmizlənib.
Davitaşendəki körpüyə gedən və Nor Norkda da bir neçə yol da bağlanıb.
Xatırladaq ki, mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar qondarma "Artsax”la bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.
Alpər