Xəbər lenti

“Ermənistan bununla ən böyük səhvini etdi" - Hərbi ekspert
Siyasət13:47 16.10.2020

“Ermənistan bununla ən böyük səhvini etdi" - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan bu hərəkəti ilə ən böyük səhvini etdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən Ordubad rayonuna raket atmasına münasibət bildirərəkən deyib.
Ekspertin fikrincə, beynəlxalq ictimaiyyət nə qədər ki, bu məsələyə kəskin reaksiyasını bildirməyib, proses belə də davam edəcək:
"Ermənistan həmin raketlərdən zərbə endirəcək, Azərbaycan isə həmin raketləri aşkar edib, məhv edəcək. İkinci bir vacib məsələ var. Qarabağ cəbhəsində bütün istiqamətlərdə məğlub duruma düşən Ermənistan silahlı qüvvələri Naxçıvan ərazisinə atəş açmaqla həmin istiqamətdəki Azərbaycan ordusunun adekvat tədbirlər görməsinə təhrik edir”.
Ramil Məmmədlinin fikrincə, bu hal təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə Ermənistan ordusunu strateji mövqeylərini məhv edəcək:
"Düşünürəm ki, Ermənistan bundan sonra bir neçə istiqamətdə hərbi əməliyyatlar apara bilməyəcək. Bu Ermənistanın nəyinki Qarabağda, hətta Ermənistanın özündə məğlub duruma düşməsi demək olacaq”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
Bahar Rüstəmli