Xəbər lenti

Ermənistan da öz peykini buraxır
Dünya05:57 31.05.2013

Ermənistan da öz peykini buraxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Öz milli peykini buraxmaq və geostasionar orbitdə yerləşdirmək üçün 2012-ci ildə Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin tərkibində "Armkosmos" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 

Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin aparat rəhbəri Q.Qriqoryan bildirib. 

Onun sözlərinə görə, artıq Ermənistan bununla bağlı Beynəlxalq Elektroəlaqə Şurasına müraciət də edib. 

Qeydiyyat məsələsindən sonra peykin hazırlanması, maliyyə mənbələrinin tapılması ilə bağlı danışıqlar aparılacaq. 

Qaynar.info