Xəbər lenti

Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı
Dünya11:15 03.04.2021

Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin rəsmi sayı yenidən artıb.
"Report” xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin tör-töküntülərindən olan "müdafiə ordusu” döyüşlərdə məhv edilən erməni hərbçilərinin daha bir qrupunun kimliyini açıqlayıb. Həmin hərbçilərin sayı 54 nəfərdir.
Bununla da erməni tərəfinin itkilərinin rəsmi sayı 2 836 nəfərə çatıb.
O da bildirilir ki, atəşkəsdən sonra Ermənstana 1 527 meyit verilib.