
Ermənistan ordusunda müqavilə əsasında hərbi xidmət edən, 1984-cü ildə anadan olmuş Arkadi Qambaryan naməlum şəraitdə ölüb.
“Qaynarinfo” xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi araşdırılır.
Erməni KİV-inin yaydığı məlumatda isə bildirilir ki, 33 yaşlı Arkadi Qambaryan Tavuş vilayətinin Noemberyan rayonundakı döyüş mövqelərindən birində müqavilə ilə xidmət edib. Onun ölümünə səbəb aldığı güllə yarası olub.
Qaynarinfo.Az