Ölkə 13:17 21.02.2024

Ermənistan DİN Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqlədi

"Moskvada saxlanılan Azərbaycan vətəndaşı Kamil Zeynallı qətl törətdiyinə görə beynəlxalq axtarışa verilib". 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb.

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Aydın