Xəbər lenti

Ermənistan: Döyüşə qadınlar gedir – Paşinyan qərar verdi
Dünya11:47 24.08.2021

Ermənistan: Döyüşə qadınlar gedir – Paşinyan qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, hökumət silahlı qüvvələrdə aparılan islahatlar çərçivəsində qadınları hərbi hissələrdə xidmətə cəlb etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu haqda MK.ru saytının məlumatında deyilir.
"Qadınların iştirakı ilə bağlı tezisin ideoloji əsası yoxdur, - o, parlamentdəki çıxışı zamanı deyib, -  ancaq praqmatik bir hesablama ilə şərtlənir".
Paşinyan qadınların ölkə əhalisinin əksəriyyətini təşkil etdiyinə diqqət çəkib və "söhbət bu potensialdan maksimum istifadə etməkdən gedir”, - deyib.
Eyni zamanda, Paşinyan əlavə edib ki, qadınları orduya xidmətə cəlb etmək planları çərçivəsində onlar kişilərlə bərabər xidmət etməyə məcbur
olunmayacaqlar.
Alpər