Xəbər lenti

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır (VİDEO)
Dünya05:38 29.07.2022

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyi bu il sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilər üçün təlimlər keçirməyi planlaşdırır. 
Qaynarinfo xəbər verir ki, təlimlərdə 318 ehtiyatda olan hərbçi iştirak edəcək. Onlardan 210-u kiçik çavuş və sıravi, 10-u baş çavuş, 98-i isə zabitdir.
Təlimlərə 16-ya qədər zenit raket və havadan müdfiə ixtisası üzrə ehtiyatda olan əsgər və zabitlər, həmçinin 26-dək kəşfiyyatçı, 71-ə qədər rabitə ixtisası üzrə və s. mütəxəssilər cəlb oluacaq.
Yeri gəlmişkən, elan edilmiş təlimlərin xərcləri dövlət büdcəsindən Müdafiə Nazirliyinə ayrılmış vəsait hesabına həyata keçiriləcək.
Telman