Xəbər lenti

Ermənistan Füzuli hücumu barədə məlumat yaydı
Dünya07:30 28.05.2014

Ermənistan Füzuli hücumu barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu gecə cəbhənin təmas xəttindən keçmək istəyən Azərbaycanın kəşfiyyat diversiya qrupunun qarşısı alınıb”. 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyi çıxış edib. 

Nazirlik Azərbaycan tərəfinin 3 nəfər itki verdiyini bildirib. Həmçinin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir nəfər erməni əsgəri 1995-ci il doğumlu Erik Vilonoviç Qasparyan həlak olduğu söylənilib. 

Qeyd edək ki, dünən Ermənistan ordusunun kəşfiyyat diversiya qrupu cəbhənin təmas xəttindən keçməyə cəhd göstərib. Nəticədə ordumuzun 1 zabit və giziri şəhid olmuşdu. Daha bir əsgərimiz isə yaralanmışdı. 

Qaynar.info