Ermənistan hökuməti martın ortalarında koronavirus səbəbiylə tətbiq edilən fövqəladə vəziyyət rejimini daha 30 gün uzatmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu haqda News.am məlumat verib. Məlumata görə, fövqəladə vəziyyət iyunun 13-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ermənistanda COVID-19 infeksiyası ilə yoluxmuş 3860 nəfər müəyyən edilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bir gündə 142 xəstənin yoluxması ilə bağlı diaqnozu təsdiqlənib.
Ölənlərin ümumi sayı 49 nəfərdir.
Alpər