Xəbər lenti

Ermənistan, Gürcüstan, Rusiya və İran enerji nazirləri görüşəcək - Yerevanda
Dünya05:42 12.04.2016

Ermənistan, Gürcüstan, Rusiya və İran enerji nazirləri görüşəcək - Yerevanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerevanda Ermənistan, Gürcüstan, Rusiya və İran enerji nazirlərinin  görüşü olacaq. 

Qaynar.info Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan-Gürcüstan-Rusiya və İran enerji nazirləri aprelin 13-də İrəvanda görüşəcəklər. 

Bu görüş ötən il dekabr ayında başlayan dördlü müzakirələrin davamı məqsədini daşıyır. 

Bundan əvvəlki görüşdə tərəflər ortaq enerji dəhlizi sayəsində əməkdaşlıq sazişi imzalamışdılar.

Xatırladaq ki, 2015-ci il avqust ayında Ermənistan və İran arasında 400 kv tutumlu 3 Enerji nəql xəttinin tikintisi başlayıb. Layihə İranın maliyə dəstəyi ilə tikilir.

Qaynar.info