Xəbər lenti

Ermənistan Hindistan silahları ilə maraqlanır – Öndə dronlardır
Dünya11:14 22.07.2022

Ermənistan Hindistan silahları ilə maraqlanır – Öndə dronlardır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Hindistan silahları ilə maraqlanır. 
"DNA India”nın məlumatına görə, Ermənistan hərbi nümayəndə heyətinin Hindistana son səfəri zamanı Ermənistan tərəfinin əldə etməkdə maraqlı olduğu silahların siyahısı təqdim edilib. Baxmayaraq ki, onun məzmunu haqqında çox az şey bilinsə də, dronların siyahıda önə çıxdığı təsdiqlənib. 
Qeyd olunur ki, bu, Ermənistanın Hindistanın hərbi texnikasına ilk dəfə deyil maraq göstərir. 2020-ci ildə ölkə silahların yerləşdirilməsinin müəyyən etmə bacarığına malik 4 ədəd SWATHI radarı üçün Hindistanla 40 milyon dollarlıq müqavilə bağlayıb. 
O vaxtdan bəri Ermənistanın müdafiə ehtiyacları həndəsi silsilə ilə artıb. Adının çəkilməsini istəməyən Ermənistan rəsmisi "Qarabağdakı müharibə bizi müdafiə ehtiyaclarımıza yenidən baxmağa məcbur etdi”, - deyib. 
Hindistan Ermənistanı təkcə dost kimi deyil, həm də prezidenti Rəcəb Tayyib Ərdoğanın Kəşmir məsələsində xüsusi mövqe nümayiş etdirdiyi Türkiyəyə və Türkiyə və Pakistanla sıx əlaqələri olan Azərbaycan kimi dövlətlərə əks tarazlıq kimi baxır.
Müdafiə, ticarət və sərmayə ilə birlikdə Ermənistan Hindistan üçün strateji əhəmiyyətli tərəfdaşa çevrilə bilər və burada Hindistan öz hüdudlarından kənarda birgə istehsal və Hindistan ixracı üçün bazalar və ticarət və müdafiə mərkəzi yarada bilər. Rusiyanın təsir dairəsində olmaq Hindistan üçün əlavə üstünlükdür. Qəzet yazır ki, hər hansı Hindistan bazaları Ermənistana alternativ təklif etsələr də və Çinin genişlənən mövcudluğunu qabaqlasalar da, Rusiyanı qıcıqlandırmamalıdırlar.
Nizami Bağırov