Ermənistan Baş Prokurorluğu "Ermənistan” fraksiyasından olan deputatların toxunulmazlıqdan məhrum edilməsi məsələsi üzərində parlamentlə işləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti məlumatlı mənbələrə istinadən
yazıb.
Bildirilir ki, prokuror Anna Vardapetyanın çıxışı və deputatların "ixrac”ı üçün ən əlverişli məqamla bağlı Milli Məclisin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsi ilə işçi müzakirə aparılıb, lakin parlament bir qədər gözləməyi xahiş edib.
Qəzetin yazdığına görə, söhbət "Ermənistan” fraksiyasının bir sıra deputatlarının mandatlarını thvil vermək niyyətində olması barədə sızan məlumatdır – söhbət Vaha Akopyan, İşxan Saqatelyan, Armen Çarçyan və Aram Vardevanyandan gedir. Bu, yöndəmsiz vəziyyət yarada bilər - prokuror deputat toxunulmazlığından məhrumetmə məsələsi ilə bağlı MM-ə gələcək, deputatlar isə artıq xalq deputatları sıralarını tərk ediblər.
Hakimiyyət, görünür, kimin könüllü olaraq deputat mandatını təhvil verəcəyini anlamaq üçün gözləyir, xüsusən də bəzi hallarda iddia müddətinin uzadılması məsələsi var, - Sputnik Ermənistan yazır.
Alpər