Xəbər lenti

Ermənistan məhkəmə sistemində böhran - Tovmasyan Avropa səfirlərinə müraciət etdi
Dünya10:18 05.02.2022

Ermənistan məhkəmə sistemində böhran - Tovmasyan Avropa səfirlərinə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın məhkəmə sistemində kökləri siyasi olan böhran yaranıb.
Qaynarinfo xəbər verir ki, bu haqda parlamentin insan hüquqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri, "Mənimçün şərəfdir” blokunun deputatı Taquhi Tovmasyan Avropa ölkələrinin səfirlərinə və Avropa Şurasının İnsan Hüquqları və Qanunun aliliyi üzrə Baş Direktorluğunun xarici siyasət idarələrinə müraciətində deyilir.
"Ölkəmizdə son zamanlar məhkəmə hakimiyyətinə açıq-aşkar hakimiyyətin qəsd edilməsi, o cümlədən intizam icraatı, etiraz edən hakimlərə qarşı cinayət təqibi halları dəfələrlə qeydə alınıb və hazırda ekspertlərin fikrincə, hakim Boris Baxşiyanın qanunsuz həbsiylə bağlı proses getməyə başlayıb”, - deyə o qeyd edib.
Tovmasyan vurğulayıb ki, hakimlərin qəbul etdikləri qərarlara görə mühakimə olunmasına imkan verəcək bir konvensiya və ya beynəlxalq hüquq yoxdur. Bu kontekstdə o, Baxşiyanın cinayət təqibi və həbsini məhkəmə sisteminə açıq qəsd hesab edib.
"Bu cür hərəkətlərin demokratik təsisatların formalaşması ilə heç bir əlaqəsi yoxdur, bu addımlar ölkədə siyasi problemlərdən və dərin böhrandan xəbər verir. Vəziyyətin qiymətləndirilməsi və dövlətimiz üçün mümkün nəticələrin proqnozlaşdırılması, o cümlədən beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri rəhbər tutaraq, demokratik prinsiplərə və insan haqlarına hörmət etmək üçün sizdən ədalətli reaksiya və mövcud vəziyyətə müvafiq obyektiv qiymət gözləyirəm”, - deyə deputat qeyd edib.
Qeyd edək ki, yanvarın 31-də Ermənistanın baş prokuroru Ali Məhkəmə Şurasına iki vəsatət təqdim edib - Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Boris Baxşiyan barəsində cinayət təqibi və onun həbsi barədə. Ali Məhkəmə Şurası hər iki müraciəti təmin edib.
Eyni zamanda, Ermənistan Hakimlər İttifaqı prokurorluğun və Milli Təhlükəsizlik Xidmətinin hakim Baxşiyanı cinayət məsuliyyətinə cəlb etməsindən narahatlığını ifadə edib və onu toxunulmazlıqdan məhrum etmək istəyirlər ki, bu da hakimin peşə fəaliyyəti ilə bağlıdır.
Onlar bunu Baxşiyanın yanvarın 26-da Aşot Minasyan barəsində həbs-qətimkan tədbirini ölkədən getməmək və zaminə buraxılmamaq barədə yazılı öhdəliyə dəyişdirərək həbsdən azad etmək qərarı ilə əlaqələndirirlər.
Baxşiyanın rəhbərliyi ilə Kacaranın meri Manvel Paramazyan, Aşot Minasyan və Gorus şəhərinin vitse-merləri Menua Hovsepyan və İrina Yolyana qarşı işlərə baxılır.
Alpər