Xəbər lenti

Ermənistan Məmmədyarovla görüşə hazırlaşır
Siyasət18:50 29.08.2019

Ermənistan Məmmədyarovla görüşə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın yeni görüşünün keçirilməsi planlaşdırılır.
Qaynarinfo Virtualaz.org-a istinadən bildirir ki, xəbəri "Sputnik Ermənistan" yayıb.
Z.Mnatsakanyan cümə axşamı jurnalistlərə bildirib ki, konkret bir tarix deyə bilmir, lakin bu mövzuda dialoq davam edir və müvafiq  bəyanat hər iki tərəfdən verilməlidir.
Ümumiyyətlə, erməni nazirin sözlərinə görə, bu il Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi olduqca dinamik olub və tərəflər bu prosesi dondurmaq niyyətində deyillər. Lakin Mnatsakanyan dövlət başçıları səviyyəsində görüşlə bağlı hələlik heç nə deyə bilməyib.
Qeyd edək ki, sonuncu dəfə Mnatsakanyan və Məmmədyarov 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşüblər.