Xəbər lenti

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı
Dünya09:02 08.10.2020

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan prezidenti Armen Sarkisyanın qərarı ilə Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” saytı məlumat yayıb.
Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu ilin martın 19-da bu vəzifəyə təyin olunmuşdu.
İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.
Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib. 
Qeyd edək ki, Kəramyan cəmi 4 aydır Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edib.