Xəbər lenti

Ermənistan MTX terror aktlarının qarşısını aldı - Detallar açıqlandı
Dünya12:16 02.11.2023

Ermənistan MTX terror aktlarının qarşısını aldı - Detallar açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) terror aktının hazırlanmasının üstünü açdığını iddia edib.
Qaynarinfo xəbər verir ki, MTX-nin mətbuat mərkəzinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, A.M., S.M., E.T., V.V., K.S. və istintaq tərəfindən müəyyən edilməyən şəxslər əvvəlcədən əlbir olaraq 2023-cü ildə partlayış və digər ictimai təhlükəli əməllər törətməyi planlaşdırıblar.
Məlumata görə, dövlət orqanlarının işinin iflic edilməsi məqsədilə dövlət və digər əhəmiyyətli binaların ələ keçirilməsi nəzərdə tutulurdu. Təşkilatçıların iradəsindən asılı olmayaraq bu hərəkətlər Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən olunduğundan həyata keçirilməyib. 
Cinayətkar qrupun 5 üzvü barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb
Cinayət işi çərçivəsində əldə edilmiş kifayət qədər faktiki məlumatlar əsasında cinayətkar qrupun 5 üzvü barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və ittiham irəli sürülüb. Həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, cinayətkar dəstə üzvlərinin yaşadıqları ünvanlarda, onlara bitişik tikililərdə, ayrı-ayrı insanların toplaşdıqları yerlərdə axtarışlar aparılıb, nəticədə odlu silah, döyüş sursatı, hərbi geyim, optik nişangah, qandallar, telekommunikasiya vasitələri, videomüşahidə cihazları, elektron daşıyıcılar, kompüterlər və mobil telefonlar, Ermənistan Respublikası və Rusiya Federasiyasının rabitə operatorlarının ona yaxın istifadə olunmamış kartları, günəş batareyası, müxtəlif qeydləri olan noutbuklar, terror aktının törədilməsinə hazırlıq barədə açıq, eləcə də gizli qeydləri olan sənədlər və s. aşkar edilərək götürülüb. 
Axtarışlar nəticəsində aşkar edilmiş qeydlərin və digər materialların tədqiqi zamanı müəyyən edilib ki, gözlənilən terror aktı "Şimal yarpaq tökülməsi” adlandırılıb, onu uğurla həyata keçirmək və daha geniş kütlələri terror aksiyalarına cəlb etmək üçün əvvəlcədən "Milli Qurtuluş üsyanı” adlı Ukrayna və Moldova "Telegram" kanalları yaratmaq planlaşdırılıb. Cinayət fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ilkin tibbi yardım vasitələrinin əvvəlcədən alınması, habelə cinayətkar qruplaşma üzvlərinin ailələrinin Gürcüstana aparılması da nəzərdə tutulub.
Məlumatda bildirilir ki, ibtidai istintaq davam etdirilir, hadisənin bütün hallarının, cinayətkar qruplaşmada iştirak edən şəxslərin bütün dairəsinin aydınlaşdırılması, barələrində cinayət-hüquqi tədbirlərinin tətbiqi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nizami Bağırov