Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyi ABŞ-dan məsləhət aldığını təsdiqlədi
Dünya12:58 02.08.2024

Ermənistan Müdafiə Nazirliyi ABŞ-dan məsləhət aldığını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyi həqiqətən də ABŞ-dan məsləhət dəstəyi alır. 
Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, nazirlik ABŞ Dövlət katibinin müavini Uzra Zeyanın nazirliyə daimi əsaslarla amerikalı müşavir təyin edilməsi ilə bağlı bəyanatını belə şərh edib.
"Ordu islahatları çərçivəsində Ermənistan Müdafiə Nazirliyi müxtəlif beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli ola biləcək məsləhət dəstəyi alır”, - Ermənistan Müdafiə Nazirliyi qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda İrəvana səfəri zamanı ABŞ Dövlət katibinin müavini müsahibəsində amerikalı müşavir təyin olunduğunu açıqlayıb. 
Sonradan məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinə Pentaqonun deyil, Dövlət Departamentinin nümayəndəsi məsləhət verəcək.
Bundan əvvəl Ermənistan və ABŞ "Qartal tərəfdaşı 2024” birgə hərbi təlimlər keçirib.
Nizami Bağırov