Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinə hücum - 8 dəfə atəş açıldı
Dünya08:18 23.02.2017

Ermənistan Müdafiə Nazirliyinə hücum - 8 dəfə atəş açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın paytaxtı Yerevanda insident baş verib.

Azvision.az xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub.

Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

Qaynarinfo.Az