Xəbər lenti

Ermənistan müdafiə xərclərini artırdı
Dünya18:30 10.03.2017

Ermənistan müdafiə xərclərini artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan 2017-ci ilin yanvarında hərbi xərclərini ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% artırıb.

Modern.az Ermənistan Statistika Xidmətinin açıqladığı məlumata görə, ötən il müdafiə xərclərinə büdcədən 9,5 milyard dram (18,5 milyon dollar) ayırdığı halda, bu ilin yanvarında həmin məbləğ 11,6 milyard dram (22,5 milyon dollar) təşkil edib.

Ümumlikdə, Ermənistan 2017-ci ildə hərbi sahəyə 439,7 milyon dollar ayırıb. 2016-cı ildə bu rəqəm 404 milyon dollar təşkil edib.

Qaynar.Az