Xəbər lenti

Ermənistan nüvə materialları satacaq
Dünya05:57 10.09.2013

Ermənistan nüvə materialları satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Atom Elektrik Stansiyası nüvə materiallarının ixracı ilə bağlı lisenziya alacaq.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın "News.am" saytı xəbər yayıb.

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ermənistan hökumətinə göndərilən izahedici məktubda göstərilir ki, hazırda atom stansiyasında yeni nüvə yanacağı ilə yeddi hazır kaset var ki, onlar da bura uzun müddət öncə gətirilib. Onlardan üçü 1979-cu, dördü isə 1987-ci ildə stansiyaya gətirilib. Kasetlər müəyyən çatışmazlara malik olduğundan onların istifadəsi qeyri-mümkündür. Onların Ermənistan AES-ində saxlanılması müəyyən çətinliklər yaradır. Hazırda Ermənistan AES onların Rusiyaya daşınması üçün "TVEL" ASC-lə saziş imzalayıb.

Lisenziyanın verilməsi barədə məsələ sentyabrın 13-də Ermənistan hökumətinin gündəliyinə daxil edilib.

Qaynar.info