Xəbər lenti

Ermənistan ordusu 110-dan çox hərbçisini itirib - Rəsmi açıqlama
Dünya12:53 01.01.2017

Ermənistan ordusu 110-dan çox hərbçisini itirib - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan ordusu 2016-cı ildə böyük itkilərlə üzləşib.

Publika.az xəbər verir ki, Ermənistanda “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı ordunun itkilərini açıqlayıb.

Təşkilatın məlumatına görə, Ermənistan ordusu 2016-cı ildə döyüş şəraitində 110-dan çox hərbçisini itirib.

“2015 və 2014-cü illərlə müqayisədə bu, böyük itkilərdir. 2014-cü ildə Ermənistan ordusu 26, 2015-ci ildə isə 40 hərbçisini itirmişdi”, - deyə təşkilatın məlumatında bildirilir.

Həmçinin qeyd olunur ki, bu rəqəmlər rəsmi məlumatlardan götürülüb. Qeyri-rəsmi məlumatlarda isə itkilərin bundan 3-4 dəfə çox olduğu deyilir.

Qaynarinfo.Az