Xəbər lenti

Ermənistan ordusu itki verdi - 1 əsgəri ölüb, 2-si yaralanıb
Dünya12:35 16.02.2017

Ermənistan ordusu itki verdi - 1 əsgəri ölüb, 2-si yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Buldozerin dərəyə aşması nəticəsində Ermənistan ordusunun bir əsgəri ölüb, 2 hərbçi xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı İstintaq Komitəsinə istinadən məlumat yayıb. 

Fevralın 15-də saat 15:00 radələrində qar təmizləyən, içərisində hərbçilərin olduğu buldozer dərəyə aşıb. Nəticədə Qaregin Minasyan, Armen Puyan və Vruyr Nersisyan adlı əsgərlər xəsarət alıb. Xəstəxanaya çatdırılarkən Q. Minasyan ölüb. 

Qaynarinfo.Az