Xəbər lenti

Ermənistan ordusunda böyük qəza
Dünya16:32 09.04.2013

Ermənistan ordusunda böyük qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın işğal altında olan Füzüli rayonunda Ermənistan ordusunun hərbi maşını qəzaya uğrayıb, 20-dən çox erməni əsgəri yaralanıb

Ermənistanın işğalı altında olan Azərbaycanın Füzüli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus hərbi maşın qəzaya düşüb, 20 çox erməni əsgəri yaralanıb. APA-nın verdiyi məlumata görə, aprelin 8-də erməni işğalı altında olan Azərbaycanın Füzüli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus “Sadko” markalı hərbi maşın yolda çalaya düşərək, aşıb.

Qəza nəticəsində maşında olan 21 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hərbi hospitala yerləşdirilib. Məlumata görə, xəsarət alanların çoxunun vəziyyəti kafidir.     

Fakt üzrə Ermənistanın müdafiə nazirliyinin İstintaq idarəsi araşdırma aparır.  

Qaynar.info