"Görünür, Ermənistan ordusunun rəhbərliyi növbəti dəfə Azərbaycan ilə Ermənistan rəsmiləri arasında bu gün baş tutacaq görüşü sabotaj etmək üçün növbəti dəfə atəşkəsi pozmağa cəhd ediblər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutması ilə bağlı məlumatı şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan tərəfi belə atəşkəs pozuntularının qarşısını almaq üçün kifayət qədər güc və imkanlara maikdir:
"Ona görə də Azərbaycan düşünmədən atəşkəsi pozan mövqeləri darmadağın etməli, həmin ərazidə bayrağımızı ucaltmalıdır. Bu, Ermənistan üçün nə qədər ağrılı-acılı olsa da, Cənab Prezident Xüsusu Təyinatlıların 30 illyi günündə və ondan əvvəl ilin yekunlarına həsr olunan çıxışlarında İrəvan və Zəngəzurun daha əvvəllər kimə məxsus olması haqqında konkret fikirlər səsləndirib. Buna görə də ordumuz belə addımlar atmaqda qətiyyən tərəddüd etməməli, ən sərt addımlarını dərhal atmalıdır. Elə addımlar atmalıdır ki, bu addımlar Ermənistan tərəfi üçün daha təsirli və səmərəli bir nəticəyə gətirib çıxarda bilsin”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.
Bahar Rüstəmli
Şərhlər