Xəbər lenti

Ermənistan parlamenti bir ayda 10 min dollar dəyərində konyak alıb
Dünya06:56 03.08.2023

Ermənistan parlamenti bir ayda 10 min dollar dəyərində konyak alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamenti bir ay ərzində təxminən 4 milyon dram (10 min dollardan çox) dəyərində konyak alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 1-31 iyul tarixlərində xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün 3,88 milyon dram dəyərində konyak alınıb. Qəzet əlavə edir ki, spirtli içkilər İrəvan brendi zavodunun sahibi olan Tiqran Hamasyanın "Vino Vino" şirkətindən alınıb.
Müqayisə üçün nəşr qeyd edir ki, aprel ayında həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb. İyun ayında isə Ermənistan Milli Assambleyası "Noas Orchards Distilling Company"dən təxminən 2 milyon dram dəyərində araq alıb.
Nəşr iddia edir ki, Ermənistanın baş nazirinin komandası büdcə vəsaitlərini məqsədəuyğun olmayan şəkildə xərcləyir, baxmayaraq ki, Nikol Paşinyan vaxtilə buna görə əvvəlki hakimiyyəti günahlandırmışdı.
Aydın