Dünya 13:05 01.07.2022

Ermənistan parlamentində aksiya (VİDEO)

"Deputatlarımızın mandatlarından nə vaxt imtina edəcəyini biz bilirik. Ermənistan Parlamenti  qarşısında etiraz aksiyası

Bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında İşxan Sağatelyan və Vahe Hakopyanın vəzifələrindən məhrum edilməsi məsələsini müzakirə edilib.

Qaynarinfo xəbər verir ki, "Müqavimət” hərəkatı buna etiraz olaraq parlamentin qarşısında və girişində etiraz aksiyası keçirib.

"Bu gün ölkəmizin gündəmində birinci məsələ bu hakimiyyətin düşmənə təslim etməyə çalışdığı vətənin ərazilərinin məsələsidir. Siz heç nə ilə bizim diqqətimizi yayındıra bilməyəcəksiniz”, deyə aksiya iştirakçısı Sevak Nazaryan bildirib.

"Bizim deputatların mandatdan məhrum edilmə problemi yoxdur, onların düşünəcəkləri bir şey yoxdur. Və bu binadakı Paşinyan tərəfdarları ayağa qalxıb, Qarabağın Azərbaycanın bir hissəsi olmayacağını, Qarabağın və Ermənistanın torpaqlarının təhvil verilməsini davam etdirməyəcəklərini bəyan etsələr, onların elanından bir neçə dəqiqə sonra deputatlarımız mandatlarını təhvil verib, məclisi tərk edəcəklər", deyə aksiyanın iştirakçısı Hrand Avetisyan bildirib.

Telman