Xəbər lenti

Ermənistan parlamentində Dağlıq Qarabağı tanıma müzakirələri BAŞLANIB
Siyasət13:07 12.11.2013

Ermənistan parlamentində Dağlıq Qarabağı tanıma müzakirələri BAŞLANIB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
Ermənistan parlamentində “Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə” Qanun layihəsinin müzakirəsi başlanıb. Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun layihəsinin müəllifi “İrs” parlament fraksiyasının sədri Zarui Postancyan Dağlıq Qarabağın tanınması üçün əlverişli vaxtın olduğunu vurğulayıb.

“Bizim partiya hesab edir ki, qanun layihəsi bütün deputatlar tərəfindən dəstəklənməlidir”.

Qarabağın Ermənistan tərəfindən tanınacağı halda Azərbaycanla yeni müharibənin başlanması ehtimalına isə Postancyan şübhə ilə yanaşıb. Onun fikrincə, Azərbaycan müharibəyə hazır olanda heç nəyə baxmayaraq onu başlayacaq.

“Bugün Dağlıq Qarabağın tanınması üçün əlverişli məqamdır. Azərbaycan müharibəyə hazır deyil və Ermənistan bundan istifadə etməlidir”.

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Artak Davtyan isə öz növbəsində komissiyanın uzunmüddət bu barədə müzakirə apardığını və layihəyə müsbət cavab vermədiyini deyib. Müzakirələr davam edir.


Qaynar.info