İyulun 14-də Ermənistan parlamentində növbədənkənar iclas keçirəcək.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, iclasda müxalifətdən olan bəzi deputatların səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə ediləcək müraciət müzakirə olunacaq.
Xatırladaq ki, parlamentin qərar layihəsinə daxil olan siyahıda müxalif deputatlardan "Mənim şərəfim var” fraksiyasının parlamentəki nümayəndələri Taquhi Tovmasyanın və İşxan Zakaryanın adları yoxdur. Bundan əvvəl İşxan Zakaryan "Mənim şərəfim var” fraksiyasından çıxdığını bəyan edib.
İyunun 30-da Artur Vanetsyanın istefasından sonra deputat mandatı alan Martun Qriqoryanın da adı siyahıda yoxdur. O, "Mənim şərəfim var” fraksiyasına transfer edilib.
Telman