Xəbər lenti

Ermənistan "Eurovision-2016"dan kənarlaşdırıla bilər
Dünya18:10 13.05.2016

Ermənistan "Eurovision-2016"dan kənarlaşdırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın "Eurovision-2016"dakı təmsilçisi İveta Mukuçyan birinci yarımfinal zamanı separatçı "Dağlıq Qarabağ" rejiminin "bayrağ"ını dalğalandırdığına görə, mahnı müsabiqəsinin finalçıları siyahısından kənarlaşdırıla bilər.
"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə müsabiqə təşkilatçılarının bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, Avropa Yayım Birliyinin təşkilatçıları müsabiqədən əvvəl ifaçılardan və pərəstişkarlara bayraqlardan siyasi alət kimi istifadə etməməyi tövsiyə edib.
Qaynarinfo.az