Xəbər lenti

Ermənistan rəhbərliyində yumruq davası
Dünya04:18 22.10.2013

Ermənistan rəhbərliyində yumruq davası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hava limanında Sarkisyanı gözləyən iki yüksək çinli məmur haqq-hesab çürüdüb

Region  Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryanla Ermənistan Olimpiya Komitəsinin başçısı Qaqik Sarukyan arasında dava düşüb. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, dava oktyabrın 19-da "Zvartnos” hava limanında düşüb.

Onlar Brüsseldən qayıdan prezident Serj Sarkisyanı qarşılamaq üçün ora gəliblərmiş. Artur Baqdasaryanın mətbuat xidmətinin başçısı Artur Misakyan da bunu təsdiqləyib: "Onların arasında kişi söhbəti oldu, məsələ Voleybol Federasiyası ilə bağlı idi”.

Artur Misakyan məsələnin hələ tam həll edilmədiyini də bildirib: "Artur Baqdasaryan 20 il stajı olan siyasi xadimdir. Ölkə daxilində və xaricində elə adam yoxdur ki, ona qarşı hörmətsizlik etsin və cəzasız qalsın”. Yəni yumraq davası miqyası daha böyük olan qalmaqala çevriləcək.

Qaynar.info