Xəbər lenti

Ermənistan Rusiyanı Avropaya satır- yeni saziş masada
Dünya17:00 21.03.2017

Ermənistan Rusiyanı Avropaya satır- yeni saziş masada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 21-də Ermənistan və Avropa İttifaqı əməkdaşlıq haqqında yeni çərçivə sazişini paraflayıblar.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. 

Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, sənədi erməni tərəfdən xarici işlər nazirinin müavini Karen Nazaryan imzalayıb. Avropa İttifaqını isə imzalanma mərasimində Şərq tərəfdaşlığı məsələləri üzrə xarici siyasət xidmətinin direktoru Lyuk Devin təmsil edib.

Ermənistan XİN rəhbəri Edvard Nalbləndyan L.Devinlə görüşü zamanı deyib ki, bu razılaşma “Ermənistan və Avropa İttifaqı arasında yeni səhifə açacaq”. O, ümid edib ki, qurumla Ermənistan arasında sazişin imzalanması bu il reallaşacaq.

Bu ilin 27 fevralında Ermənistan prezidenti Serj Sərksiyan Brüsseldə Avropa Şurasının sədri Donald Tuskla görüşdə  hərtərəfli və inkişaf etmiş əməkdaşlıq haqqında sazişin razılaşdırılması ilə bağlı işlərin yekunlaşdığını bildirmişdi. Elə bu səfərdən sonra Ermənistan prezidentinin Moskvaya çağırılması da şübhə ilə qarşılanmışdı. Görünən budur ki, Rusiya forpostu olan ölkənin hansısa bəhanələrlə ondan uzaqlaşmasını və Qərbə üz tutmasını həzm edə bilmir. Bəzi ekspertlər İrəvanda müşayiət olunan seçki gərginliyinin də arxasında Kremlin iradəsinin dayandığını zənn edirlər. Avropaya sığınmaq istəyən Sərkisyanın 2 aprel seçkilərində və ya ondan sonrakı mərhələdə Moskva tərəfindən cəzalandırılması da gözləntilərdən biridir. Hər halda Rusiya Sərkisyanın xəyanətini bağışlamayacaq.

Qaynar.Az