Xəbər lenti

Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırıldı - Şiddətli töhmət
Dünya 15:33 21.06.2024

Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırıldı - Şiddətli töhmət

İsrail Xarici İşlər Nazirliyi Ermənistanın səfiri Arman Akopyanı "şiddətli töhmət” vermək üçün çağırıb. Səbəb Xarici İşlər Nazirliyinin bugünkü bəyanatında Ermənistanın Fələstini dövlət kimi tanıması olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi rəsmi saytında məlumat dərc edib

Ermənistan Xarici İşlər Nazirliyi bu gün, iyunun 21-də İsrailin mülki infrastruktura hücumlarını və dinc əhaliyə qarşı zorakılığı pisləyib. Bundan əvvəl Ermənistan BMT Baş Assambleyasının Qəzza zolağında atəşkəsə çağıran qətnamələrini dəstəkləyib.

Xatırladaq ki, mayın 22-də üç Avropa ölkəsi - İrlandiya, İspaniya və Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb. Fələstinin müstəqilliyi daha sonra Sloveniya tərəfindən tanınıb. Bu günə qədər bu mövqeyi BMT-nin 193 üzvündən 147-si dəstəkləyir. İsrail Fələstinin tanınmasını yəhudi dövlətinin suverenliyinə zərbə vurmaq hesab edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->