
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən hərbi hissələri genişmiqyaslı operativ-taktiki təlimlər keçirir.
Trend-in məlumatına görə, bu barədə "Mediamax" agentliyi Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə naziri Seyran Ohanyan sərhədin cənub-qərb hissəsinə baş çəkib və təlimlərin gedişini izləyib. Təlimlərdə mərkəzə tabe olan hərbi hissələr və bütün qoşun növlərinin bölmələri də iştirak edir.