Xəbər lenti

Ermənistan sərhəddə yaşayan fermerlərə yardım edəcək
Dünya11:56 09.01.2014

Ermənistan sərhəddə yaşayan fermerlərə yardım edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən fermer təsərrüfatlarının sahiblərinə maliyyə yardımı edəcək

 
APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi məlumata görə, yardım nəğv vəsait formasında olmayacaq. Erməni fermerlər torpaq vergisindən və suvarma xidmətləri üzrə ödənişlərdən azad ediləcək.
 
Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilib. İclasda hökumətin 2014-cü il üçün nəzərdə tutulmuş fəaliyyət proqramı qəbul olunub. Azərbaycanla sərhəddə yaşayan fermerlərə yardımın edilməsi məsələsi də həmin sənəddə yer alıb.


Qaynar.info