Xəbər lenti

Ermənistan Türkiyə ilə sərhəd körpüsünün bərpası üçün eskiz hazırladı
Dünya10:09 16.02.2023

Ermənistan Türkiyə ilə sərhəd körpüsünün bərpası üçün eskiz hazırladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvan Ermənistanla Türkiyə sərhədindəki Ani körpüsünün bərpasının eskizini hazırlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın fikrincə, Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfəri Ermənistan-Türkiyə münasibətlərinin qurulmasında dönüş nöqtəsi ola bilər.
Onun sözlərinə görə, Ani körpüsünün bərpası həm də normallaşma üçün simvolik əsas ola bilər.
"Biz körpünün eskizini hazırlamışıq ki, bu da münasibətlərin qurulması baxımından simvolik ola bilər”, - Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyanın sözlərinə görə, ona ünvanlanan tənqidlərə baxmayaraq, Ermənistan hökuməti Türkiyəyə yardım göndərməyə bilməzdi, çünki belə irimiqyaslı humanitar fəlakətlərdə xüsusilə qonşu ölkələrdən dəstək lazımdır.
Təbii ki, Suriyanın da dəstəklənməsinə ehtiyac var, - o əlavə edib.
Alpər