Xəbər lenti

Ermənistan Türkiyə ilə sərhəddə gömrük infrastrukturu qurur
Dünya11:08 13.07.2023

Ermənistan Türkiyə ilə sərhəddə gömrük infrastrukturu qurur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə-Ermənistan sərhədində "Marqara” gömrük-keçid məntəqəsinin tikintisi üzrə işlərə artıq başlanılıb, orada üç modul pavilyon tikiləcək. 
Qaynarinfo xəbər verir ki, müvafiq qərar iyulun 13-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Müqavilə üzrə "Artkon” şirkətinə artıq 140,4 milyon dram (367 min ABŞ dolları – red.) ödənilib, qalan 110,2 milyon dram (288 min ABŞ dolları – red.) isə bu pavilyonlarda işlərin başa çatdırılması şərti ilə köçürüləcək. 
Ümumilikdə, Ermənistan-Türkiyə sərhədində birmərtəbəli xidmət zalı, yüklərin rəsmiləşdirilməsi üçün iki kabinə, növbənin istirahəti üçün iki kabinə, gömrük baxışı binası, avtodayanacaqlar, daxili yollar, iki nəzarət-buraxılış məntəqəsi və anbarın tikintisi nəzərdə tutulub.
Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.
Nizami Bağırov