
Ermənistan sərhədçilər tərəfindən öldürülən türk çobana görə, Ankaradan üzr istəyib.
Qaynar.info xəbər verir ki, İrəvan Türkiyədən Mustafa Ülkərin ölümünə görə üzr istədiyini və gələcəkdə belə halların təkrarlanmayacağını söz verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan sərhədini keçə türk çoban Mustafa Ülkər erməni əsgərlərinin açdığı atəş nəticəsində öldürülmüşdü. Hadisədən dərhal sonra rəsmi Ankara Gürcüstandakı səfirliyi vasitəsilə İrəvana xəbərdarlıq notası göndərmişdi.
Qaynar.info